Bakının Sabunçu rayonunda şəhər sakininin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Sabunçu rayonunda “KamAz” markalı yük maşını paytaxt sakini Ramiz Orucovu vurub. Qəza nəticəsində piyada hadisə yerində həlak olub.
Sumqayıt şəhərində də piyadanın ölümü ilə nəticələnmiş qəza baş verib. “Opel” markalı minik maşını Sumqayıt şəhər sakini Sahibə Cəfərovanı vurub.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.