General-mayor Azad Ələkbərov Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. Bu barədə DSX-nin məlumatında deyilir.
A.Ələkbərov buna qədər DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsində çalışırdı. Onun yerinə Göytəpə Sərhəd Dəstəsinin komandiri, polkovnik Zəki Cəlilov təyin olunub.