"AccessBank" 10 mln. manat məbləğində istiqraz buraxmağı planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AccessBank”ın 10 mln. manatlıq təmin edilməmiş istiqrazının emissiya prospektini qeydiyyata alıb. İstiqrazların kütləvi təklif üsulu ilə satışı nəzərdə tutulur.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 10 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti bir il, gəlirlilik 9%-dir.
İstiqrazların yerləşdirilməsinin anderrayteri “Pasha Capital” MMC olacaq.
“AccessBank”ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın Kfw, Access Holding, LFS Financial Systems GmbH şirkətləridir.