Ötən bazar günü rusiyalı aktyorlar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “İsmətli arvadbazın vəsiyyəti” tamaşası ilə çıxış ediblər.
Əfsanəvi “Amfibiya adam” filminin qəhrəmanı, Rusiyanın xalq artisti Vladimir Korenev Don Juan rolunu ifa edib.
Tamaşanın əsas ideyası sevgi və onun uğrunda mübarizə üzərində qurulub.
Səhnədə parlaq və incə yumor hökm sürürdü. Baş qəhrəman səhnədən sadə həqiqətləri çatdırırdı.
Tarzan kimi tanınan gənc aktyor Sergey Qluşko tamaşada öz missiyasına daim şübhə ilə yanaşan və sevgi həsrətində olan rahib rolunu canlandırıb.
Komediyanın müəllifi Anatoli Krım, tamaşanın rejissoru Pyotr Orlovdur.