Ötən həftə ərzində Azərbaycanın hüquq-mühafizə orqanları narkotik maddə istifadə etməkdə şübhəli bilinən 41 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxslərdən 18,26 qram marixuana, 3,258 qram heroin, 3,692 qram tiryək müsadirə edilərək götürülüb.
Bundan başqa, keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı və istehsalında şübhəli bilinən bir nəfər saxlanılıb. Onun üzərindən 8 kq tiryək və 2 kq həşiş aşkar edilib.