Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları bir qadını girov götürmüş Gəncə şəhər sakinini zərərsizləşdiriblər. Bu barədə “KəpəzTV” telekanalı məlumat verir.
Xəbər verildiyi kimi, naməlum şəxs eyvana çıxaraq tələbləri yerinə yetirilməzsə, qumbaranı partladacağı ilə hədələyib.
Hazırda onun şəxsiyyəti və girov götürdüyü qadınla əlaqəsi müəyyənləşdirilir.