Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri təxirə salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Yeni ilə qədər Gürcüstan prezidentinin Azərbaycana səfəri gözlənilmir”, - deyə mənbə bildirib.
Xəbər verildiyi kimi, G.Marqvelaşvili dekabrın 26-da Azərbaycana səfər etməyi planlaşdırırdı.