Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakıda fiziki şəxs Nicat İbişova məxsus olan «Yaşıl bağ» restoranının fəaliyyətində bir sıra nöqsanlar aşkar edib. Bu barədə komitənin məlumatında deyilir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, restoranın mətbəxində sanitar-gigiyenik normalara riayət olunmur.
Araşdırmalar zamanı kulinariya məmulatlarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, bütün yeməklərin bir gün öncədən hazırlanaraq soyuducuda saxlanıldığı, o cümlədən soyuducularda mal qonşuluğunun gözlənilmədiyi, məhsulların düzgün saxlanılmadığı müşahidə edilib.
Bununla əlaqədar restoranda «Mimoza» və «Paytaxt» salatlarının hazırlanması və satışı qadağan edilib.