Azərbaycanın mərkəzi hissəsində baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakı-Şamaxı avtomobil yolunun 110-cu kilometrliyində, Pirsaat çayı yaxınlığında “VAZ-21011” və “VAZ-21015” markalı iki minik maşını toqquşub.
Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin üç sərnişini hadisə yerində həlak olub, avtomobilin sürücüsü və onun iki azyaşlı oğlu, eləcə də ikinci avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.