2013-cü il dekabrın 1-nə Azərbaycan Beynəlxalq Bankında (ABB) əhalinin əmanətləri 1 mlrd. 565 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 18,6% çoxdur. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə 2013-cü il dekabrın 1-nə ABB-nin depozit portfeli 3 mlrd. 63 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 358 mln. manat çoxdur.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.