SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Hollandiyanın “Fugro” şirkəti Azərbaycanda geotexniki tədqiqatların aparılması üçün yeni birgə müəssisə təsis edib. Bu barədə “Fugro” şirkətinin rəsmi saytında məlumat verilir.
“Səhmlərinin 51%-nin ARDNŞ-ə, 49%-nin isə “Furgo”ya məxsus olduğu “SOCAR Fugro” MMC-nin yaradılmasına dair imzalanan saziş 1995-ci ildə Xəzər regionunda fəaliyyət göstərməsi üçün “Azeri Fugro” MMC-nin yaradılması haqqında sazişə əsaslanır”, - deyə məlumatda vurğulanır.
“SOCAR Fugro” MMC Azərbaycan ərazisində, quruda və dənizdə batimetrik, geofiziki və geotexniki tədqiqatlar həyata keçirəcək, dayvinq və digər xidmətlər göstərəcək.