Rusiya Federasiyasının prezidenti Vladimir Putin prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm. Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm”, - deyə Rusiya prezidentinin təbrik məktubunda bildirilir.
Dekabrın 24-də İ.Əliyevin 52 yaşı tamam olur.