Türkiyə prezidenti Abdullah Gül prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Cənab Prezident, əziz qardaşım. Doğum gününüzü türk xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Dost və qardaş Azərbaycan son on ildə Sizin müdrik liderliyinizlə inkişaf sahəsində böyük irəliləyiş əldə edib və beynəlxalq arenadakı statusunu gücləndirib”, - deyə Türkiyənin dövlət başçısının təbrik məktubunda bildirilir.
“Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm”, - deyə A.Gül qeyd edib.
Moldova prezidenti Nikolay Timofti də İ.Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Dekabrın 24-də İ.Əliyevin 52 yaşı tamam olur.