Samux rayonunun Qarabağlılar kəndində yeni məktəb binası istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Bundan başqa, rayonun Zazalı kəndində artezian quyusu istifadəyə verilib.
Məktəb binasının açılş mərasimində bildirilib ki, son illər rayonda üç məktəb binası yenilənib. Hazırda daha bir yeni məktəb binasının tikintisi aparılır və 2014-cü ilin əvvəlində şagird və müəllimlərin ixtiyarına veriləcək.
Zazalı kəndində artezian quyusu prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına qazılıb. Bununla da 40 hektar əkin sahəsinin suvarılmasına imkan yaranacaq. Ümumilikdə Samuxda 472 artezian quyusu var.