Bakıda iki qadın dəm qazından zəhərlənərək ölüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Hövsan qəsəbəsində Kəmalə Hüseynovanın meyiti evində aşkarlanıb. Məhkəmə-tibbi ekspertiza onun dəm qazından zəhərləndiyini müəyyənləşdirib.
Yasamal rayonunda Elnurə Nurəliyeva da dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.