Bakıda və Şirvanda baş verən yol-nəqliyyat hadisələri iki nəfərin ölümünə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakının Sabunçu rayonunda Asif Nəsibovun idarə etdiyi "Ford” markalı avtomobil Zülzər Useynovanı vurub. O, hadisə yerində həlak olub.
Şirvan şəhərinin ərazisində isə şəhər sakini Ramil Əliyev idarə etdiyi "Volkswagen" markalı avtomobillə həmyerlisi Taliyə İbrahimovanı vurub. T.İbrahimova hadisə yerində ölüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.