“Azərbaycan Hava Yolları” QSC (AZAL) Yeni il münasibəti ilə 199 avroya “ora və geriyə” uçuşlar həyata keçirəcək. Bu barədə QSC-nin məlumatında bildirilir.
AZAL Yeni il aksiyası çərçivəsində 2014-cü il yanvarın 15-dən fevralın 28-nə qədər London, Paris, Milan, Roma, Praqa kimi Avropa şəhərlərinə uçuşlar təşkil edəcək.
Aksiya çərçivəsində biletlərin satışı 2013-cü il dekabrın 25-dən 31-nə qədər həyata keçiriləcək. Yığım və rüsumlar qiymətə daxil deyil.
Aviabiletlərin təkrar bronlaşdırılması və qaytarılmasına icazə verilmir.