Çərşənbə günü səhər ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında güclü partlayış baş verib. Bu barədə “New York Times” qəzetinin saytında məlumat verilir.
İlkin məlumata görə, söhbət raket atəşindən gedir. Xəsarət alan yoxdur.
Əfqanıstan hökuməti məlumat verib ki, eyni zamanda Kabilin müxtəlif hissələrində iki güclü partlayış olub. Xüsusilə üç polis əməkdaşı partlamamış raketi zərərsizləşdirməyə çalışarkən ağır xəsarət alıb.
“Taliban” hərəkatının qiyamçıları bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüblər.
Taliblərin nümayəndəsi Zəbihulla Mücahid “Twitter” mikrobloqlar şəbəkəsində yazıb ki, Amerika səfriliyinə dörd raketlə hücum olunub, ciddi ziyan dəyib.