Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi vəzifəsinə Natavan Məmmədova təyin olunub. Bu barədə ASK-nın məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, N.Məmmədova bu postda başqa işə keçən Məhəmməd Əfəndiyevi əvəz edib.
1974-cü il təvəllüdlü N.Məmmədova Maliyyə Nazirliyi, Dünya Bankının Bakı nümayəndəliyi və Mərkəzi Bankda iş təcrübəsinə malikdir.
ASK 1999-cu ilin mart ayında yaradılıb. Hazırda 5 mindən çox şirkət və 70 müxtəlif sahibkarlar birliyi onun üzvüdür.