Prezident İlham Əliyev dekabrın 25-də ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycanın sürətlə inkişaf edən ölkələrdən biri olduğunu vurğulayan K.Tarqay ölkəmizdə diplomatların fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını bildirib.
Görüşdə Azərbaycan Respublikası ilə ATƏT arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.