SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki hasilat quyusunu geoloji tədbirdən sonra istismara verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
122 nömrəli quyu 3-cü özüldən qazılıb.
Quyu sutkalıq 40 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.