Rəsmi Bakı Misirin Mənsurə şəhərində törədilmiş terror aktını qəti şəkildə qınayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
XİN terror əməli nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapacaqlarına ümidvar olduğunu bildirir.
“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizə üçün beynəlxalq birliyin səylərinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır”, - deyə məlumatda qeyd edilir.