"Joint Leasing" Azərbaycan- Britaniya şirkəti 10 mln. manat məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
QKDK dekabrın 25-də "Joint Leasing”in təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 10 min ədəd istiqraza bölünüb.
“Joint Leasing” QSC-nin səhmdarları Britaniyanın “Dolphin Leasing” şirkəti (52,3%) və “Azərbaycan Beynəlxalq Bankı”dır (47,7%).