Bugünkü Azərbaycanı rus icması olmadan təsəvvür etmək mümkün deyil. Bu barədə Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Azərbaycan Rus icmasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş konfransda bəyan edib.
“Rus icması Azərbaycanda mədəni dəyərləri qoruyub saxlayan humanitar, sosial və mədəni təşkilatdır”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Biryulevoda baş verən hadisələr Azərbaycanda rus əhalisinə hər hansı hücumlara səbəb olmadı. “Mən arxayın idim, çünki bilirdim ki, Azərbaycanda rusların başından bir tük belə əskik olmayacaq”, - deyə V.Doroxin vurğulayıb.
Diplomat qeyd edib ki, bütün bunlar prezident İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin nəticəsidir.
“O, respublika vətəndaşlarının təhlükəsizliyinin qarantıdır”, - deyə V.Doroxin qeyd edib.