Misirin paytaxtında avtobusda baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb. Bu barədə cümə axşamı “Əl-Ərəbiyyə” telekanalı məlumat verir.
Partlayış naməlum şəxsin “Əl-Əzhar” İslam Uuniversiteti yaxınlığında avtobusa bomba atmasından sonra baş verib.
Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir.