Cümə axşamı Bakının Xətai rayonunun Nobel prospektində avtobus və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ANS telekanalı məlumat verib.
Yol qəzası yük maşını və 95 saylı marşrut avtobusunun toqquşması nəticəsində baş verib.
Qəza zamanı xəsarət alan üç sərnişin xəstəxanaya çatdırılıb.