Qazaxıstan prezidenti Nursultan Nazarbayev azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının sonrakı müddətinin çəkilməsi üçün ölkəsinə təhvil verilməsi haqqında Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə dəyişiklik edilməsinə dair protokolun ratifikasiyası haqqında” qanunu imzalayıb. Bu barədə cümə axşamı dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“Müqavilə ilə başqa dövlətin vətəndaşı olan və cinayət törətdiyi dövlətdə məhkəmə tərəfindən məhkum edilərək azadlıqdan məhrum etmə yerlərində cəza çəkən məhbusların cəzasını çəkməsi üçün öz ölkəsinə təhvil verilməsi məsələləri tənzimlənir.
Protokolda müqavilənin məhkum edilmiş şəxslərin təhvil verilməsi məsələlərində Qazaxıstanın Daxili İşlər Nazirliyini mərkəzi orqan kimi müəyyənləşdirən müddəası və bu məsələləri Baş Prokurorluğun səlahiyyətlərinə aid edən Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri arasındakı ziddiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.
Qazaxıstan tərəfinin məlumatına görə, hazırda Azərbaycanda 5 Qazaxıstan vətəndaşı, Qazaxıstanda isə 47 Azərbaycan vətəndaşı cəza çəkir.