Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “İrşad-İ.R.” MMC tərəfindən “Möhtəşəm kredit kampaniyasının iştirakçısı ol-Kubaya səyahət qazan” adlı stimullaşdırıcı lotereyanın keçirilməsini dayandırıb. Bu barədə komitənin məlumatında bildirilir.
QKDK “İrşad Telecom” Ticarət şəbəkələrində keçirilən lotereyanın qeyri-qanuni olduğunu hesab edir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa çağırır.
“İrşad-İ.R.” şirkəti 2000-ci ildə mobil telefonların, skretç-kartların (kontur kartı) və SimSim nömrələrin topdan və pərakəndə satışı ilə fəaliyyətə başlayıb.