Gəncə şəhərində baş verən yol qəzası bir qadının ölümü ilə nəticələnib. Bu barədə cümə günü “İnterfaks-Azərbaycan” agentliyinə Baş Polis İdarəsindən məlumat verilib.
“Niva” markalı avtomobil şəhər sakini, 1955-ci il təvəllüdlü Ziba Quliyevanı vurub. O, hadisə yerində həlak olub.
Qəzanın səbəblərinin araşdırılması üçün avtomobilin sürücüsü, Samux rayon sakini Şəhriyar Mehdiyev polis bölməsinə aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.