Göygöl rayonunda Heydər Əliyev parkında gənclər və uşaqlar üçün əyləncə mərkəzləri, yay kinoteatrı və idman meydançasının açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Bu günədək respublikanın müxtəlif guşələrində Gənclər mərkəzləri açılıb. Göyğöl rayonunda tikilmiş bina digərlərindən çox fərqlənir. Burada yaşından asılı olmayaraq hər kəs istirahət edə bilər”, - deyə gənclər və idman naziri Azad Rəhimov açılış mərasimində bəyan edib.
Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanın 19 şəhər və rayonunda Gənclər mərkəzləri açılıb.
“Hazırda respublikanın 10 rayonunda Gənclər mərkəzlərinin tikintisi davam edir”, - deyə nazir bildirib.