Paytaxtda “Bank of Baku”nun “Səməd Vurğun” filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Bu, bankın 22-ci filialıdır. Filial hesab açılması, depozit qəbulu, biznes, avtomobil və istehlak kreditlərinin verilməsi, plastik kartlarla əməliyyatlar, kommunal və mobil rabitə xidmətlərinə görə ödənişlər, valyuta mübadiləsi və digər bank xidmətləri göstərir.
“Bank of Baku” 1994-cü ildə yaradılıb. “Bank of Baku” və “İlkbank” 2004-cü ilin II yarısında başlanmış birləşmə prosesini 2005-ci ilin fevralında yekunlaşdırıb. Birləşmənin nəticəsi olaraq "Bank of Baku Kommersiya Bankı" ASC yaradılıb.