2014-cü il yanvarın 1-dən başlayaraq Azərbaycanda körpələr evləri, körpələr evi - uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 10 il müddətinə mənfəət vergisi və sadələşdirilmiş vergi ödəməkdən azad ediləcək.
Milli Məclisin cümə günü keçirilən plenar iclasında “Körpələr evlərinə, körpələr evi - uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun qəbul edilib.