SOCAR şirkətinin (Azərbayan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Masallı və İmişli rayonlarının iki kəndinə təbii qazın verilməsinə başlayıb. Bu barədə İB-nin məlumatında bildirilir.
464 abonenti olan Masallı rayonunun Yeddioymaq-1 kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 25,6 kilometrdən artıq polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 464 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
340 abonenti olan İmişli rayonunun Muradxanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48,4 kilometr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 340 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.