ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna 3 yeni üzvü qoşulub. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan üzrə İşçi Qrupuna konqresmenlər Ted Po (Texas), Mişel Luxan Qrişam (Nyu Meksiko) və Çarli Dent (Pensilvaniya) daxil olub. Bununla da ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 59-a çatıb.
2013-cü il ərzində İşçi Qrupuna 17 yeni konqresmen üzv olaraq qoşulub.
Məlumatda qeyd edilir ki, İşçi Qrupuna son 3 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.