Dekabrın 27-də Bakıda “Lokomativ” idman kompleksində baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinayət Məcəlləsinin 162.2-ci (texniki təhlükəsizlik qaydalarının pozulmasının ağır nəticələrə və insan ölümünə səbəb olması) maddəsi ilə cinayət işi açılıb.
Xəbər verildiyi kimi, cümə günü axşam saatlarında “Lokomotiv” idman kompleksinin qazanxanasında partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.