Bakının Bülbülə qəsəbəsində qadın intihar edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şənbə günü Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, 1959-cu il təvəllüdlü Naibə Sultanova yaşadığı beşmərtəbəli binanın damına çıxaraq özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb. Araşdırma aparılır.