SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilə qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsini 99%-ə çatdırmağı planlaşdırır. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev şənbə günü 2013-cü ilin yekunlarına həsr olunmuş müşavirədə məlumat verib.
SOCAR-ın prezidenti qeyd edib ki, hazırda Azərbayanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir.
Onun sözlərinə görə, 2013-cü ildə “Azəriqaz” İB 162 min yeni abunəçini qazlaşdırıb.
“Beləliklə, “Azəriqaz”ın abunəçilərinin ümumi sayı 1,623 mln.-a çatıb”, - deyə o vurğulayıb.
R.Abdullayev bildirib ki, cari ildə ölkədə 9 min kilometr qaz xətti çəkilib, 1,58 min kilometr qaz xətti əsaslı təmir olunub.