Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Ələkbərovun Bakıda özünü yandırması faktı ilə bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, A.Ələkbərov dekabrın 28-də axşam saatlarında Qaraçuxur qəsəbəsində sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.
5 saylı şəhər xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.