SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2013-cü ildə dünya bazarlarına 1 mln. 46,134 min ton neft məhsulu ixrac edib ki, bu da 2012-ci ilin göstəricisindən 15,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
SOCAR 14,25 min ton avtomobil benzini, 899,905 min ton dizel yanacağı, 131,322 min ton aviasiya yanacağı və 657 ton soba mazutu ixrac edib.
2013-cü ilin dekabr ayında şirkət tərəfindən 91,051 min ton neft məhsulu, o cümlədən 75,612 min ton dizel yanacağı, 15,387 min ton aviasiya yanacağı və 52 ton avtomobil benzini ixrac edilib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.