Azərbaycanda narkotik maddə satışının qarşısı alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Mahmud Abdullayevdən 5 kiloqram marixuana götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılıb, araşdırma aparılır.