Prezident İlham Əliyev çərşənbə axşamı çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı və burada yaradılan şərait barədə prezidentə məlumat verib.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. İ.Əliyev 2010-cu il avqustun 6-da Mərkəzin yaradılması barədə sərəncam imzalayıb.