Azərbaycanın qərb regionunda Türkiyə vətəndaşının idarə etdiyi avtomobil bir kişini və onun nəvəsini vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Müəyyən olunub ki, dünən axşam Goranboy rayonunun Dəliməmmədli şəhərində "Mercedes" markalı avtomobil şəhər sakini Vaqif Məmmədovu və onun 2006-cı il təvəllüdlü nəvəsi Akim Azadovu vurub. Sürücü hadisə yerindən qaçıb. Qəza nəticəsində yaşlı kişi hadisə yerində keçinib, uşaq isə müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Çox keçməyib ki, şübhəli şəxs YPX əməkdaşları tərəfindən saxlanılıb. O, Gəncə şəhərində müvəqqəti yaşayan Türkiyə vətəndaşı Sərxan Təmiz olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.