Bakıda iki qadın dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları Lökbatan qəsəbəsinin sakini Zümrüd Hüseynovanın meyitini yaşadığı mənzildə tapıblar. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb, qadın dəm qazından zəhərlənmə nəticəsində ölüb.
Paytaxtın Nizami rayon sakini Arzu Məmmədova da dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.