SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə 149 çoxmərtəbəli binanı qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
“Beləliklə, həmin çoxmərtəbəli binalarda 30 374 mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2012-ci ildə “Azəriqaz” İB 60 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb.
“Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.