SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2013-cü ildə qazma işlərinin həcmini 2012-ci ilin göstəricisi ilə müqayisədə 4,5% - 142,656 min metrə qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
İstismar qazma işlərinin həcmi 135,665 min metr (artım 5,2%) kəşfiyyat qazma işlərinin həcmi 6,991 min metr (azalma 6,5%) təşkil edib.
2013-cü ilin dekabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 4,217 min metr təşkil edib. Bunun 4,19 min metri istismar, qalanı kəşfiyyat qazma işlərinin payına düşüb.
Xəbər verildiyi kimi, 2012-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 136,441 min metr, o cümlədən kəşfiyyat qazma işlərinin həcmi 7,473 min metr, istismar qazma işlərinin həcmi 128,968 min metr təşkil edib.