Fevralın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə xalq artisti Muxtar Avşarovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Yubiley tədbirində M.Avşarovun həyat fəaliyyətindən ibarət sərgi nümayiş olunacaq, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinləniləcək.
M.Avşarov 2004-cü il dekabrın 6-da 90 yaşında Bakıda dünyasını dəyişib.