Hesablama Palatası dövlət strukturları tərəfindən büdcə və büdcədənkənar vəsaitlərin məqsədyönlü istifadəsinə dair audit proqramlarını təsdiq edib. Bu barədə Hesablama Palatasının saytında məlumat verilir.
Palata dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı yoxlama aparacaq.