Cümə axşamı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF - İF-Az) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 32 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Kontingentin şəxsi heyəti hər altı aydan bir dəyişir.
Hazırda Silahlı Qüvvələrin 94 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstanda Türkiyə batalyonu tərkibində xidmət keçir.
Azərbaycanlı hərbçilər 2014-cü ilin aprel ayına qədər Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edəcəklər.