Cümə axşamı “Böyük səhnə” proqramına seçim başlayıb. Proqramın qalibi Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə proqramın təşkilatçıları məlumat veriblər.
Kastinqlər yanvarın 9-13-də Azərbaycanın böyük şəhərlərində keçiriləcək. Televiziya müsabiqəsinin böyük səhnəsində hər bir istedadlı müğənni Avropanın ən irimiqyaslı mahnı müsabiqəsində iştirak etmək uğrunda mübarizədə öz gücünü sınaya bilər.
Kastinqlər Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Şirvan, Yevlax, Quba, Şəki və Bakı şəhərlərində keçiriləcək.
Seçimlərə 16 yaşı tamam olmuş şəxslər buraxılır.
Seçim turunda iştirakla bağlı daha ətraflı məlumatı “Böyük səhnə” layihəsinin anketa.boyuksehne.com. saytından almaq olar.