Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümünə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
“VAZ-2105” markalı avtomobil hasara çırpılıb. Nəticədə sürücü və sərnişin 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib, bir müddətdən sonra onların hər ikisi dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.